01.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Abonement şöbəsində 01.04 2022 –il tarixdə “Şair , dramaturq Rəsul Rza yaradıcılığına səyahət “ adlı biblioqrafiq icmal keçirildi. Tədbiri açan kitabxanaçı Səbinə Piriyeva yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verdi və Rəsul Rzanın Azərbaycan poeziyasının görkəmli simalarından biri olğunu , qədim zamanlardan bəri ənənə halını almış şer formalarından fərqli olaraq Azərbaycan poeziyasına yeni şer forması gətirdiyini bildirdi.
Həmçinin fikir və zəka şairi olğunu, dolğun ideya və dərin məzmun onun şerlərinin əsasını təşkil etdiyinin oxucuların nəzərinə çatdırdı.
Sonda kitabxanaçı kitablarında şerin dil elementini, ölçü, qafiyə elementini yeniləşdirən, zənginləşdirən latın və kiril qrafikalı kitabları haqqında oxuculara məlumat verdi və oxumalarını tövsiyə etdi.
Tədbirdə kitabxananın fəal oxucuları iştirak edirdi.